Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda gediş-gəlişdə çətinliklərə səbəb olan yol problemləri mərhələli şəkildə həll edilərək küçə və yaşayış sahələrinin asfaltlanması işləri davam etdirilir.

01 noyabr 2021 | 16:00

Suraxanı rayonunda gediş-gəlişdə çətinliklərə səbəb olan yol problemləri mərhələli şəkildə həll edilərək küçə və yaşayış sahələrinin asfaltlanması işləri davam etdirilir.

Sakinlərin rahatlığını təmin etmək məqsədilə Hövsan qəsəbəsində növbəti küçədə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun yenidənqurma işləri davam etdirilir. Qəsəbənin yol infrastrukturu baxımından işlək küçələrindən hesab olunan Sahil küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir-tikinti işləri çərçivəsində 7150 kv.m asfalt-beton örtüyünün salınması işləri aparılır. Bununla yanaşı küçə boyu 1020 p/m bordyur daşı düzülərək piyada səkiləri salınır və səkilərin hərəkət hissəsində 1500 kv.m asfalt örtüyü döşənir.

Qeyd edək ki, rayon ərazisində qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri və yenidən qurulması mərhələli şəkildə həyata keçirilir.

Keçidlər