Şriftin ölçüsü :

Saytın rəngi :

31 oktyabr 2021-ci il tarixdə Şəhidimiz Qasımzadə Tahir Sərdar oğlunun doğum günü qeyd edildi.

31 oktyabr 2021 | 16:00

31 oktyabr 2021-ci il tarixdə Şəhidimiz Qasımzadə Tahir Sərdar oğlunun doğum günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Prokuroru Rəşid Mahmudov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, bələdiyyə sədri Şəhidin ailə üzvlərini ziyarət etmişdir. Açılmış ehsan süfrəsində Şəhidin ruhuna dualar oxunmuş və onun əziz xatirəsi ehtiramla yad edilmişdir.

Murov zirvəzisinin işğaldan azad edilməsində böyük şücaət göstərən və qəhrəmancasına Şəhid olan Tahir Qasımzadə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə “Döyüşdə fərqlənməyə görə”, Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər