Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Yariyev Elsevər Qalib oğlunun anım günü qeyd olunub

26 oktyabr 2021 | 16:00

Oktyabrın 26-ı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən Yariyev Elsevər Qalib oğlunun anım günü ərəfəsində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Prokuroru Rəşid Mahmudov, RİHBA-nın məsul əməkdaşları Şəhidin ailə üzvlərinə baş çəkmiş və qayğıları ilə maraqlanmışlar.

Ali Baş Komandan cənab İlham Əliyevin dönməz iradəsi, düşünülmüş rəhbərliyi, ordumuzun məğlubedilməzliyi, hünəri və qətiyyəti sayəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan Şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Elsevər Yariyevin ailəsinə bir daha dərin hüznlə başsağlığı vermiş, onlara səbr, dözüm diləmişdir.

Qeyd edək ki, Şəhidimiz Elsevər Yariyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 

Keçidlər