Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi Zəfərlə başa çatan Vətən müharibəsinin qəhrəmanı Hüseynzadə Fərid Eldəniz oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 1 il ötür.

14 oktyabr 2021 | 16:00

Oktyabrın 14-ü Şəhidin anım günündə onun məzarı ziyarət olunmuş, Azərbaycanın bütövlüyü uğrundan canından keçmiş bütün Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Anım mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Etibar Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Suraxanı rayon təşkilatının sədri, RİHB-nin müavinləri, şöbə müdirləri, Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, bələdiyyə sədri, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, "Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Şəhidin doğmaları, hərbiçi yoldaşları, rayon ictimaiyyəti iştirak etmişlər.
Tədbirdə çıxış edən RİH başçısı Əziz Əzizov Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs edərək bildirmişdir ki, həyata keçirilən düşünülmüş siyasətin və vaxtında atılan addımların nəticəsidir ki, biz bu gün qalib ölkəyik. Ölkə başçımız dahi siyasətçi, müdrik dövlət xadimi ulu öndər Heydər Əliyevin layiqli varisi kimi onun vəsiyyətini həyata keçirdi və arzuladığı Qarabağı azad etdi. O, həm də bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı qəhrəman, məğrur xalqdır. Şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayan RİH başçısı həmçinin qeyd etdi ki, ölkəmizin ərazi bütövlüyünü bərpa edən dövlət Rəhbərimiz Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yazdı.
Qeyd edək ki, Şəhidimiz Fərid Hüseynzadə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə”, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə “İgidliyə görə” medalları ilə təltif edilmişdir.

Keçidlər