Suraxanı rayonunda gediş-gəlişdə çətinliklərə səbəb olan yol problemləri mərhələli şəkildə həll edilərək küçə və yaşayış sahələrinin asfaltlanması işləri davam etdirilir
16 oktyabr 2021 | 16:00
Əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Şərq yaşayış sahəsində əsas yolda 9100 kv.m asfalt örtüyünün vurulması işləri aparılır.