Şriftin ölçüsü :

Saytın rəngi :

I “Ümumrespublika yaşıllaşdırma” marafonuna qoşulan Suraxanı rayonda ağacəkmə kampaniyası

11 noyabr 2014 | 16:00

   Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə noyabrın 5-də start verilən I “Ümumrespublika yaşıllaşdırma” marafonuna qoşulan rayonlardan biri də Bakı şəhərinin Suraxanı rayonu olmuşdur.
   Rayonun idarə və müəssisələrinin kollektivləri ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsini nəzərdə tutan və ekoloji mühitin sağlamlaşdırmasına xidmət edən bu nəcib təşəbbüsü dəstəkləyərək ağacəkmə kampaniyasına qoşulmuşlar.
   Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, qəsəbə bələdiyyələrinin, sənaye, səhiyyə müəssisələrinin və sakinlərin iştirakı ilə Suraxanı rayonunda bu layihənin reallaşması istiqamətində ilk iməcilik noyabr ayının 8-də Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 318 nömrəli məktəbin qarşısında və Əmircan qəsəbəsi, Balandin küçəsində  keçirilmişdir.  İməcilikdə rayon İcra Hakimiyətinin başçısı İlqar Abbasov, rayonun idarə və müəssisələrində çalışan 300 nəfərdən artıq işçi iştirak etmişdir.
   Təmizlik işləri aparılmış ərazidə 800 ədəd, o cümlədən 500 ədəd zeytun və 300 ədəd kiparis ağacı əkilmişdir.
   “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən I “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Suraxanı rayonunda 3 minə yaxın ağacın əkilməsi nəzərdə tutulmuşdur.

Keçidlər