Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “erkən nikah və onun fəsadları” mövzusunda keçirilən tədbirin Press relizi

24 oktyabr 2014 | 15:00

    Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008 - 2015-ci  illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 23 oktyabr 2014-cü il tarixdə Suraxanı rayonu Gənclər Evində “erkən nikah və onun fəsadları” mövzusunda tədbir keçirilmişdir.
    Tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova tədbir iştirakçılarını salamlamış, bu növ tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açmış,  tədbirin əsas məqsədinin erkən nikah hallarının yaratdığı fəsadlar haqqında cəmiyyətin müxtəlif təbəqələrinin məlumatlandırılması və erkən nikah hallarının qarşısının alınmasından ibarət olduğunu bildirmişdir. Eyni zamanda aidiyyəti dövlət qurumlarının erkən nikah hallarına qarşı birgə fəaliyyətinin önəmli olduğunu bir daha vurğulamışdır. Tədbirdə çıxış edən qonaqlar: tibb elmləri doktoru, professor Rəşid Mahmudov, Ombudsman Aparatının Protokol Xidmətinin rəhbəri Yeganə Cəfərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov erkən nikah hallarının cəmiyyət üçün yaratdığı fəsadlardan, bu cür halların gənc qızların təhsildən yayınmasına və səhhətlərinə birbaşa təsirindən söhbət açmış, valideynləri məlumatlı olmağa və bu istiqamətdə maariflənməyə səsləmişlər.
    Çıxışlardan sonra tədbirdə iştirak edən rayon Daxili İşlər Orqanlarının, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndələri və gənclərlə müzakirələr aparılmış, müvafiq təkliflər dinlənilmişdir. Sonda tədbir iştirakçılarına Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən nəşr olunmuş maarifləndirmə vəsaitləri paylanılmışdır.

Keçidlər