Şriftin ölçüsü :

Saytın rəngi :

1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun iştirakı ilə Suraxanı Rayon Prokurorluğunda görüş keçirilib.

01 oktyabr 2021 | 16:00

Görüşdə Suraxanı Rayon Prokuroru Rəşid Mahmudov, Suraxanı Rayon Polis İdarəsinin rəisi Süleyman Nemətov, prokurorluq əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının müavinləri iştirak edib. 
Prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaradılmasının 103 illiyi münasibətilə əməkdaşdaşları təbrik edən RİH başçısı Əziz Əzizov dövlətimizin tərəqqisi naminə onların gələcək fəaliyyətində nailiyyətlər arzu etmişdir. O, bildirmişdir ki, Prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir.

Görüşün sonunda rayon prokurorluğunun bir sıra əməkdaşları Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmişdir.

 

Keçidlər