Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 5-də Suraxanı Rayon İcra Hakimiyyətində “Beynəlxalq Müəllimlər günü” münasibəti ilə tədbir keçirilib.

05 oktyabr 2021 | 16:00

Rayonun təhsil müəssisələrində çalışan təhsil işçilərinin qatıldığı tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,  Suraxanı Rayon Prokuroru Rəşid Mahmudov, Milli Məclisə seçilmiş deputatlar Afət xanım Həsənova, Sevinc xanım Fətəliyeva,  Etibar Əliyev, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar.
Suraxanı Rayon İcra Hakimiyyətinin Akt zalında keçirilən tədbirdə ilk öncə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçərək şəhid olmuş vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov “5 oktyabr-Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə təhsil işçilərini təbrik edərək bildirmişdir ki, 2020-2021-ci il bütün bəşəriyyət üçün, o cümlədən Azərbaycan üçün pandemiya ilə əlaqədar çox çətin dövr, ağır sınaqlar ili olsa da, Azərbaycan tarixində şanlı, qızıl hərflərlə yazılan tarixi səhifə oldu.
44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq düşməni işğal altında saxladıqları ərazilərimizdən qovdu.
Həmçinin, əsası Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhsil strategiyasının bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən RİH başçısı qeyd etdi ki, ölkə başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsində göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişaf, islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunaraq, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi yadda qalmışdır.
Tədbirdə iştirak edən Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri və müəllimlər çıxış edərək rayonun təhsil işçilərini təbrik etmiş, qarşıdakı tədris ilində hər birinə uğurlar arzulamışlar.
Sonda bir qrup təhsil müəssisəsinin kollektivi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmişlər.

 

Keçidlər