Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

28 sentyabr 2021 | 16:00

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Akademiyanın rəisi, general-mayor Baba Salayev, Suraxanı Rayon Prokuroru Rəşid Mahmudov, Şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Suraxanı RİH başçısı Əziz Əzizov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük haqq mübarizəmizdən, müharibədən sonra Azərbaycan dövlətinin şəhid ailələrinə və qazilərə göstərdiyi yüksək diqqət və qayğıdan söz açıb.
Akademiyanın rəisi, general-mayor Baba Salayev çıxış edərək bildirib ki, haqq və şərəf işimiz olan Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə xalqımız misilsiz əzm və iradə nümayiş etdirərək və dəmir yumruq kimi birləşərək tarixi Zəfər qazandı. B.Salayev şanlı Qələbəyə görə qəhrəman şəhidlərimizə, qazilərimizə və Müzəffər Ali Baş Komandan İlham Əliyevə borclu olduğumuzu söyləyib.
Şəhid Səbuhi Əsədovun anası Cahan Əsədova, şəhid Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur, Respublikanın Əməkdar artisti Ağalar Bayramov, ehtiyatda olan polkovnik-leytenant, Qarabağ qazisi Elmar Hüseynov, Suraxanı rayonundakı Şəhid Anaları Cəmiyyətinin sədri Nəsibə Əliyeva və digərləri çıxışlarında Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildiriblər. Qeyd olunub ki, Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək tarixi ədaləti bərpa etməklə öz gücünü, əzmkarlığını, vətənpərvərliyini və Qələbə əzmini bütün dünyaya göstərdi.

Keçidlər