Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Ulu Öndər Heydər Əliyev və müasir Azərbayan tarixi” mövzusunda açıq dərslərin keçirilməsinə start verildi.
Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti 2014-2015-ci tədris ili üçün Suraxanı rayonunda yerləşən 280, 146, 290, 208 və 89 nömrəli tam orta ümumtəhsil məktəblərinin IX, X, XI sinif şagirdlərinə Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyev irsinin çatdırılması məqsədi ilə “Ulu Öndər Heydər Əliyev və müasir Azərbayan tarixi” mövzusunda ayda bir dəfə açıq dərslərin başlanmasına start verildi.
Şagirdlər əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında yerləşən Ulu Öndərin abidəsini ziyarət edərək abidənin önunə gül dəstələri qoymuşlar. Sonra Heydər Əliyev Mərkəzi ilə tanış olaraq, Ulu öndərin həyat və fəaliyyətini əks etdirən ekspanatlarla tanış olmuşlar.
Heydər Əliyev Mərkəzinin elektron lektoriya zalında 103 şagirdin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova bildirdi ki, 1969-cu ilin iyulundan 1982-ci ilin noyabrınadək olan dövr Azərbaycan xalqı tarixində xüsusi bir mərhələ təşkil edir. Bu dövr görkəmli dövlət xadimi, milli lider, müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin SSRİ dövlətinin mövcud olduğu zaman Azərbaycan SSR-ə rəhbərlik etdiyi illəri əhatə edir. Məhz bu illərdə Azərbaycan SSR-də H.Ə.Əliyevin rəhbərliyi altında müasir Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi yaşaması üçün əsaslar yaradılmış və milli tarixşünaslıqda bu dövr xüsusi tədqiqat problemi hesab edilir.
1993-cü il oktyabrın 3-də Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin daxili və xarici siyasətində əsaslı dönüşün başlanmasına səbəb oldu. Azərbaycan xalqı Milli liderinə böyük inam bəsləyərək onun rəhbərliyi altında erməni faşizminə qarşı mübarizə qalxdı. Ölkənin iqtisadiyyatında struktur dəyişiklikləri getdikcə geniş miqyas aldı. Bütün bunların başlıca istiqamətləri dövlət müstəqilliyinin özəlləşdirilməsi, aqrar islahatların həyata keçirilməsi və sahibkarlığın inkişaf etdirilməsi idi. Bu istiqamətlərin inkişafı məqsədilə Prezident Heydər Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar ümumi iqtisadi inkişafa hüquqi zəmin yaratmış oldu. Həyata keçirilən hüquqi və iqtisadi islahatlar ölkə daxilində geniş miqyasda sosial-iqtisadi siyasət yeritməyə, respublikanın hərbi qüdrətini artırmağa və onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə şərait yaratdı
2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin siyasi sosial-iqtisadi və mədəni tarixində yeni mərhələnin başlanğıcı olduğunu bildirdi.
Daha sonra 280, 146, 290, 208 və 89 saylı tam orta məktəbin tarix müəllimləri mövzu ətrafında şagirdlərə slaydlar nümayiş etdirməklə ətraflı məlumat verdilər.
Suraxanı rayon Heydər Əliyev Mərkəzində start götürən açıq dərslərə 10 may 2015-ci il Ulu Öndərin doğum günündə yekun vurulacaq.