Suraxanı rayonunda Şəhid ailəsi yaşayan növbəti küçə asfaltlandı
Suraxanı rayonunda 27 sentyabr - Anım Günü ərəfəsində daha bir Vətən müharibəsinin şəhidi Məmmədov İsa Nazim oğlunun ailə üzvlərinin Hövsan qəsəbəsi, Südçülük sovxozu adlandırılan yaşayış sahəsində yaşadığı küçə abadlaşdırılır. Görülən işlər çərçivəsində sözügedən küçədə 3535 kv.m asfalt örtüyü salınıb.
Həmçinin, Şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həmin ünvanda Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən bulaq-abidə kompleksi də inşa edilərək istifadəyə verilmişdir.
Qeyd edək ki, Suraxanı rayonunda mübariz vətən oğullarının şücaəti hər zaman yüksək qiymətləndirilərək ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna ehtiram göstərilir, onların əziz xatirəsi uca tutulur.