Suraxanı rayonunda illərdir sakinləri narahat edən sosial problemlərin həlli istiqamətində tədbirlər ardıcıl olaraq həyata keçirilir.
08 sentyabr 2021 | 16:00
Rayonun qəsəbələrarası və məhəllədaxili küçələrində vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yollarda təmir-tikinti işləri davam etdirilir.
Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində asfalt örtüyünün olmaması uzun illərdir gediş-gəlişdə problemlərə səbəb olurdu. Uzunluğu 2,6 km olan sözügedən küçədə hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 14 300 kv.m asfalt örtüyü salınır.