Şriftin ölçüsü :

Saytın rəngi :

08.09.2021-ci il tarixdə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda Suraxanı Rayon İcra Hakimiyyətinin,Qoruqları İdarəetmə Mərkəzinin dəstəyi və “Atəşgah Art Center”in təşəbbüsü ilə Sənətkarlıq Qalereyasının açılış mərasimi keçirildi

08 sentyabr 2021 | 16:00

Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin sədr müavini Orxan Abbasov, “YAŞAT” Fondunun əməkdaşı Könül Hüseynli, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri  Elmar Hüseynov, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov və digər qonaqlar iştirak edib.
Açılış tədbiri ilə əlaqədar “Dəmir yumruq” layihəsi çərçivəsində şəhid və qazi övladları üçün müxtəlif sənət növləri üzrə master-klass təşkil olunub. İlkin mərhələdə hazırlığa 20-yə yaxın istedadlı uşaq cəlb edilib.
Tədbirin məqsədi gənclərin asudə vaxtlarının səmərəli keçirmələrinə nail olmaq, onları yerli sənətkarlıq sahələri ilə yaxından tanış etmək, eyni zamanda şəhid və qazi övladlarına dulusçuluq və taxta üzərində oyma kimi sənət növləri ilə məşğul olmalarına şərait yaratmaq və bu sənətə dərindən yiyələnməklərinə dəstək olmaqdır.
Art Qalereyaya dəvət olunan sənətkarlar ilkin mərhələdə uşaqlara “Xarı bülbül” kompozisiyasını hazırlamaqda yardımçı olublar. Qeyd olunub ki, bu tipli tədbirlərin gələcəkdə də ənənəvi olaraq təşkil edilməsi nəzərdə tutulub.

Keçidlər