Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda Şəhid ailələrinə və qazilərə dəstək olmaqla onların məşğulluğunun təmin edilməsi davam etdirilir

03 sentyabr 2021 | 16:00

Sentyabrın 3-də Suraxanı Rayon İcra Hakimiyyətinin və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə Suraxanı Gənclər Evində Vətən Müharibəsi şəhidi Səbuhi Orucovun anası Narınc xanımın təşəbbüs göstərdiyi “Xalçaçılıq”  dərnəyinin, Şəhid, qazi və aztəminatlı ailələr üçün 1 ay müddətində təmənnasız təşkil olunacaq, danışıq təlimçisi və gənc mədəniyyət işçisi Əliseyfəl Quliyevin təqdimatında və rəhbərliyi ilə ingilis dili üzrə “Speak Like Ali” layihəsinin və Vətən Müharibəsi iştirakçıları üçün nəzərdə tutulan psixoloji proqramın açılış mərasimi keçirilmişdir.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Suraxanı Gənclər Evinin direktoru, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının 1-ci vitse-prezidenti, Suraxanı Gənclər və İdman İdarəsinin rəisi, Şəhid Ailələrinin müdafiə cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbəsinin sədri, Əmircan bələdiyyəsinin sədri, "Uğurcan" psixoloji nitq inkişaf mərkəzinin rəhbəri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclər, Vətən Müharibəsinin Şəhid ailələri və qazilər iştirak etmişdir.
Qeyd edək ki, belə layihələrin həyata keçirilməsində əsas məqsəd Şəhid ailələrinə və qazilərə dəstək olmaqla onların məşğulluğunun təmin edilməsidir.

Keçidlər