Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda gediş-gəlişdə çətinliklərə səbəb olan yol problemləri mərhələli şəkildə həll edilərək heç zaman asfalt üzü görməyən küçə və yaşayış sahələrinin asfaltlanması işləri davam etdirilir.

17 avqust 2021 | 16:00

Sakinlərin rahatlığını təmin etmək məqsədilə asfalt örtüyü olmayan Hövsan qəsəbəsində növbəti küçədə, uzunluğu 740 m, eni 5,5 m olan Mirzəağa Əliyev küçəsi, 60-80-ci məhəllərdə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda 4070 kv.m asfalt örtüyünün salınması işləri aparılır.
Qeyd edək ki, rayon ərazisində qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri və yenidən qurulması mərhələli şəkildə aparılır.

 

Keçidlər