Suraxanı rayonu Heydər Əliyev Mərkəzində yeni layihəyə start verildi
Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “2014/2015-ci tədris ilində Suraxanı rayonu təhsil müəssisələrinin 1-ci sinfinə qəbul olunmuş şagirdlərin gənc Heydərçilər sırasına qəbulu” layihəsi çərçivəsində ilk tədbir keçirilmişdir.
330 nəfər 1-ci sinif şagirdlərindən ibarət qrup əvvəlcə Suraxanı rayonu Heydər Əliyev parkını gəzdilər, parkda yerləşən müxtəlif guşələrlə tanış oldular. Sonra şagirdlər parkın Bayraq Meydanında canlı musiqinin müşayəti ilə Azərbaycanın himnini oxudular.
Şagirdlər Azərbaycan xalqının ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Heydər Əliyev Mərkəzinin qarşısında ucalan abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri qoydular.
Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq başlanmışdır.
Gənc Heydərçilər cərgəsinə qoşulmaq üçün ilk addımlarını atan şagirdlər Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən çoxsaylı eksponatlarla yaxından tanış oldular. Mərkəz haqqında ətraflı məmumatlandırıldıqdan sonra Mərkəzin Elektron lektoriya zalında Heydər Əliyevin həyatından bəhs edən filmə tamaşa etdilər.
Bu gün, 14 oktyabr 2014-cü tarixdə start götürən xüsusi qrafik üzrə həyata keçirilən bu layihəyə may ayının 10-da Ulu Öndərin anadan olmasının 92-ci ildönümünü günü yekun vurulması nəzərdə tutulmuşdur.
Tədbirin yekununda şagirdlər Ulu Öndərin abidəsi önündə xatirə şəkilləri çəkdirdilər.