Şriftin ölçüsü :

Saytın rəngi :

Avqustun 4-də Suraxanı rayonu Hövsan qəsəbəsində “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrafon” aksiyasına start verilib.

04 avqust 2021 | 16:00

Aksiyada Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev, “Azəriqaz” yanında İctimai Şuranın sədri Xəyal Bəşirov, Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov, Suraxanı RİHBA-nın şöbə müdirləri, Bakı Regional Qaz İstismar Departamentinin Suraxanı rayonu üzrə texniki istismar xidmətinin əməkdaşları iştirak edib.
Qeyd edək ki, aksiyada sakinlərin qaz təchizatı ilə bağlı sualları və problemləri dinlənilmiş, eləcə də Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində və Hövsan ticarət mərkəzinin yaxınlığında qaz xəttinin çəkilişi ilə əlaqədar nəzərdə tutulan işlər barədə vətəndaşlara ətraflı məlumat verilmişdir.

 

Keçidlər