Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün, iyulun 31-i Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçusu İsmayılov Sərdar Sərvər oğlunun doğum günüdür.

31 iyul 2021 | 16:00

Bu münasibətlə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, YAP Suraxanı rayon təşkilatının sədri, RİHBA-nın şöbə müdirləri, Suraxanı rayon Ağsaqqallar Şurasının sədri və müavini, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin və Suraxanı Gənclər evinin rəhbərləri, Şəhid Ailələrinin müdafiə cəmiyyətinin və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbələrinin sədrləri, din xadimləri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu, rayonun şəhid ailələrinin üzvləri, rayon sakinləri və gənclər Şəhidin doğum günündə adının əbədiləşdirilməsi üçün Yeni Suraxanı qəsəbəsində inşa edilmiş bulaq-abidə kompleksinin açılış mərasimində iştirak edərək onun xatirəsini məzarı önündə ehtiramla yad etmişlər.
Şəhidlərimizə olan hörmət və ehtiramını bildirən RİH başçısı Əziz Əzizov Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücünün, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətinin gələcək nəsillər üçün örnək olduğunu vurğulamışdır. Sərdar kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusunun şanlı Qələbələrə imza atdığını qeyd edən Əziz Əzizov, Şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacaqlarını, onların xatirəsinin daim əziz tutulacağını bildirmişdir.
Qeyd edək ki, Füzuli uğrunda gedən döyüşlərdə vuruşaraq 4 oktyabr 2020-ci il tarixində Şəhidlik zirvəsinə ucalan Sərdar İsmayılov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Füzulinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Keçidlər