Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində iki gəncin birliyinin alqışlandığı gün

13 oktyabr 2014 | 15:00

     Suraxanı rayonu Heydər Əliyev Mərkəzində daha iki yeni ailə quran gənclərin  nikah mərasimi keçirilmişdir. 
Yeni ənənələrin yaranması  müstəqil Azərbaycan Respublikasının çağdaş tarixində mənəvi dəyərlər xəzinəsinin yeni səhifələrin yaranması və mədəni irsin zənginləşməsi baxımından çox önəmlidir.
     Yeni ailə həyatı quran gənclər ilk addımlarını burada atamğı ailə həyatının uğuru kimi qəbul edirlər. Onların müraciətlərinə rayon İcra Hakimiyyəti və Suraxanı rayonu Heydər Əliyev Mərkəzində diqqətlə yanaşılır və bu günün gənclərin yaddaşında əbədi həkk olunması üçün nikah mərasimi milli dəyərlərimizə uyğun olaraq təntənəli keçirilir.
Bu gün də tale yollarını birləşdirmək və arzuladıqları xoşbəxt ailəni qurmaq istəyən gənclər Elvin Əkbərovla Gülbacı Əliyeva və Elşən Rəhmətovla Ulduz Mövsümova arasında nikah Suraxanı rayonu Heydər Əliyev Mərkəzində rəsmləşdirildi.
     Yeni ailə həyatı qurmağa hazırlaşan gənclər və mərasim iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər.  Mərkəzlə tanış olan gənclərə ətraflı məlumat verildikdən sonra onlar nikah masasına dəvət edildilər.
     Mərkəzdə keçirilən nikah mərasimində Rayon Qeydiyyat şöbəsinin əməkdaşı mövcud qanunvericiliyə uyğun olaraq Elvin Əkbərovla Gülbacı Əliyevanın və Elşən Rəhmətovla Ulduz Mövsümovanın nikahlarını rəsmiləşdirdi və gənclərə nikah şəhadətnaməsini təqdim etdi. İştirakçıların alqış sədaları altında bəylə gəlin nişan üzüklərini dəyişdirdilər, çoxsaylı təbrikləri qəbul etdilər.
    Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova gənclərə bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu,– Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə Zərifə xanım Əliyeva kimi möhkəm təməlli və nümunəvi bir ailə olmağı arzuladı.
     Yeni ailələrə Suraxanı rayonu rəhbərliyinin adından qiymətli hədiyyələr təqdim edildi.

Keçidlər