Şriftin ölçüsü :

Saytın rəngi :

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib

14 iyul 2021 | 16:00

Bu gün dövlətimiz tərəfindən Şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü uğrunda sağlamlığını itirən qazilərə göstərilən diqqət və qayğı xüsusi olaraq təqdirəlayiqdir. Onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən çoxsaylı tədbirlər yüksək qiymətləndirilir.
İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirakı da göstərilən diqqətin bariz nümunəsidir.
Görüşdə Suraxanı RİHBA-nın “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin böyük məsləhətçisi, 44 günlük Vətən müharibəsində sol ayağını itirmiş kapitan İslamov Qurbanəli Məzahir oğlu da iştirak edib.
Qeyd edək ki, Vətən müharibəsi minlərlə qəhrəman övladlar kimi, hünər göstərərək düşmən tapdağında olan torpaqlarımızın azadlığı uğrunda vuruşmuş və Füzuli uğrunda gedən döyüşlərdə yaralanan Qurbanəli İslamovun da torpaq təəssübkeşliyini, bayraq, millət sevgisini, düşmənə nifrət hissini daha da alovlandırmışdı.
O, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Vətən müharibəsində Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə “Cəsur döyüşçü” medalı, Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər