Suraxanı rayonunda Vətən müharibəsi qazilərinin və Şəhid ailələrinin sosial problemlərinin həll olunması, onlara mənəvi dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır.
10 iyul 2021 | 16:00
Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi hər zaman dərin ehtiramla yad edilir, onların ailə üzvlərinin, həmçinin müharibə zamanı öz sağlamlığını itirmiş qazilərimizin sosial problemlərinin həll edilməsi, onlara mənəvi dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır.
Belə həssas təbəqədən olan ailələr mütəmadi ziyarət edilir, eləcə də Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatında qəbul olunaraq müraciətləri Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi tərəfindən araşdırılır və aidiyyəti üzrə müvafiq tədbirlər görülür.