Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə rayonun təhsil müəssisələrinin kollektivləri tərəfindən Vətən müharibəsində sağlamlığını itirən qazilərimizin və şəhid ailələrinin ziyarət olunması davam etdirilir.
07 iyul 2021 | 16:00
Növbəti dəfə RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, A.Səfərov adına 114 №-li, Q.Qəhrəmanov adına 65 №-li tam orta məktəblərin və V.Bayramov adına körpələr evi-uşaq baxçasının kollektivləri qazilərimiz Əmircan qəsəbə sakinləri Fətullayev Məhəmməd Rövşən oğlunu, Ağalarov Miryəhya Mirəziz oğlunu, Zığ qəsəbə sakini Əlirzayev Fərid Naib oğlunu ziyarət edib, ailələrə ərzaq yardımları göstərilib.