Suraxanı rayonunda gediş-gəlişdə çətinliklərə səbəb olan yol problemləri mərhələli şəkildə həll edilərək heç zaman asfalt üzü görməyən küçə və yaşayış sahələrinin asfaltlanması işləri davam etdirilir.
Sakinlərin rahatlığını təmin etmək məqsədilə Hövsan qəsəbəsində Baxça küçəsində “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun yenidənqurma işləri davam etdirilir. Qəsəbənin yol infrastrukturu baxımından işlək küçələrindən hesab olunan Baxça küçəsinin dəmir yoluna paralel hissəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir-tikinti işləri çərçivəsində 520 m uzunluğu olan yolda 3570 kv.m asfalt-beton örtüyünün salınması işləri aparılır.
Qeyd edək ki, rayon ərazisində qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri və yenidən qurulması mərhələli şəkildə həyata keçirilir.