Nəqliyyatın maneəsiz hərəkətinin tənzimlənməsi və əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə Suraxanı rayonunda qəsəbələrarası yolların və məhəllədaxili küçələrin təmiri davam etdirilir.
06 iyul 2021 | 16:00
Hazırda Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində bərpa cari təmir işləri aparılır. Uzunluğu 675 m, eni isə 4 m olan avtomobil yolunda 2700 kv.m asfalt örtüyünün salınır.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov yerində baxış zamanı görülən işlərin mövcud vəziyyəti ilə maraqlanmış və aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.