Suraxanı rayonunda Vətən müharibəsi qazilərinə sosial dəstək tədbirləri davam edir
05 iyul 2021 | 16:00
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müvafiq tapşırıq və tövsiyələrinə əsasən sosial-psixoloji reabilitasiyaya ehtiyacı olan Vətən müharibəsi qazilərinə sosial dəstək tədbirləri çərçivəsində köməklik göstərilməsi və onların mütəmadi diqqətdə saxlanılması məqsədilə RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Təftiş Komissiyasının sədri Kərim Rzayevin və ictimai fəal, qazi Ülvi Qədirin iştirakı ilə görüş keçirilib.