Şriftin ölçüsü :

Saytın rəngi :

İyunun 26-da Suraxanı Rayon İcra Hakimiyyətində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

26 iyun 2021 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Zığ qəsəbə Mədəniyyət evinin, Suraxanı Rayon Gənclər Evinin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Suraxanı rayonu, Heydər Əliyev parkında keçirilən tədbirdə  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Orkestri dirijor mayor Fariz Məmmədov və Azərbaycan Milli Konservatoriyasının tələbə xoru - əməkdar müəllim Təranə Yusifova Zəfər marşını ifa etmiş, həmçinin,  orkestrin ifasında “Diriliş Ərtoğrul” filmindən "Min ilin mahnısı" səsləndirilmişdir. Eyni zamanda Suraxanı Rayon Gənclər Evinin rəqs ansamblının təqdimatında rəqslər nümayiş olunmuşdur.
Tədbirdə iştirak edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinlər, YAP Suraxanı Rayon Təşkilatının sədri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi, RİHBA-nın əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr, qəsəbə bələdiyyələri, Şəhid ailələri və qazilər tədbir boyunca Rəsm dərnəyinin tələbələri tərəfindən açıq havada “26 İyun – Ordu Quruculuğu Günü”mövzusunda  çəkilən rəsmlərlə tanış olmuşlar.

Keçidlər