Suraxanı rayonunda “1 oktyabr-Beynəlxalq Ahıllar günü” münasibəti ilə tədbir keçirilmişdir
1 oktyabr 2014-cü il tarixdə Suraxanı rayon İcra Hakimiyyətinin, Rayon Əhalinin sosial-müdafiə mərkəzinin və Rayon dövlət sosial-müdafiə fondunun birgə təşkilatçılığı ilə “1 oktyabr-Beynəlxalq Ahıllar günü” münasibəti ilə tədbir keçirilmişdir.
Rayonda yaşayan yaşlı insanlar üçün “Bülbülə” şadlıq evində təşkil edilmiş mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul etmişdir və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 22 iyun 2001-ci il tarixində “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu imzalamışdır.Qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları ahıl hesab olunur.
Dövlətimiz ahıllara həmişə xüsusi diqqət və qayğı göstərir. Hər il “1 oktyabr- Beynəlxalq Ahıllar günü” ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da yüksək səviyyədə qeyd olunur. Respublikamızda qəbul edilmiş “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq Suraxanı rayonunda bu istiqamətdə müvafiq işlər görülür.
Suraxanı rayonunda hazırda 70 yaşından yuxarı 6350 nəfər yaşayır. Onların hamısı dövlət tərəfindən təqaüdlə təmin olunmuşlar və əksəriyyəti ailələrdə yaşayırlar. Rayonda yaşayan tənha və başqasının köməyinə ehtiyacı olan ahıl insanlara evdə qulluq həyata keçirilir.
Hazırda rayonda 251 nəfər kimsəsiz, ahıl yaşayır. Onlardan 195 nəfərinin yaşı 70-dən yuxarı olmaqla 147 nəfəri qadın və 48 nəfəri kişidir. Ahıl insanlar Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən qeydiyyata alınmışdır. Onlara xidmət olunur və həyat tərzinə daim nəzarət edilir.
Qəsəbələrdə yerləşən poliknikalar və xəstəxanalarda həkimlər tərəfindən ahıl vətəndaşların sağlamlığı nəzarətdə saxlanılır, onların dispaserizasiyasına xüsusi diqqət göstərilir.
Ahılların asudə vaxtlarının səmərəli keçirilməsi üçün rayon ərazisində yerləşən parklarda, mədəniyyət ocaqlarında xüsusi guşələr yaradılmış, Veteranlar eviləri tikilib istifadəyə verilmişdir.
Yaşlı nəsililn problemlərinin həlli Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Problemlərin həllinə rayonda fəaliyyət göstərən ictimai birlik və cəmiyyətlər cəlb olunurlar. Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinin rayon bölməsi, rayon Veteranlar Şurası, rayon Ağsaqqallar Şurası fəallıqları ilə fərqlənirlər.
Daha sonra tədbirdə Suraxanı Rayon Ağsaqqallar Şurasının üzvü Mirzəağa Quliyev, Suraxanı rayon Əhalinin sosial-müdafiə mərkəzinin direktoru Niyazi Əliyev, YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov, Böyük Vətən Müharibəsi iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri və ahılllar çıxış edərək bu zümrədən olan insanlarin sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə danışmış, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkürlərini bildirmişlər.
“1 oktyabr-Beynəlxalq Ahıllar günü” münasibəti ilə rayonda təşkil olunmuş tədbirdə Qurban Abbasov adna Mədəniyyət Sayayının bədii kollektivi maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Sonda ahıllara hədiyyə təqdim edilmişdir.