Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.

25 iyun 2021 | 16:00

Suraxanı rayonunda Şəhid ailələrinin sosial problemlərinin həll olunması, onlara mənəvi dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır.
Növbəti dəfə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynovun iştirakı ilə Şəhid ailələrinin üzvləri ilə görüş keçirilib. Qanı və canı bahasına bizlərə zəfər, qələbə sevinci yaşadan, Şəhidlik zirvəsinə uçalmış igid oğullarımızın bizlərə əmanət qoyduqları ailələrə dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısından bəhs edilərək, həmçinin onların problemlərinin həll olunmasının, cəmiyyətimiz tərəfindən onlara göstərilən dərin ehtiramın böyük məmnunluqla qarşılanmasından söz açılmışdır.

Keçidlər