Şriftin ölçüsü :

Saytın rəngi :

İyunun 27-də 44 günlük Vətən müharibəsində xalqımızın azadlığı uğrunda vuruşaraq şəhadətə qovuşan Şəhidimiz Səfərov Cəsarət Xaliq oğlunun doğum günündə Şəhidin adının əbədiləşdirilməsi üçün inşa edilən Xatirə kompleksi istifadəyə verilib.

27 iyun 2021 | 16:00

Tədbirdə iştirak edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHBA-nın şöbə müdirləri, Yeni Suraxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri torpaqlarımızın işğaldan azad edilməsində, möhtəşəm qələbənin qazanılmasında şücaət göstərən Şəhidimizi ehtiramla yad edərək, ruhuna dualar oxumuş, ailəsinə dərin hüznlə başsağlığı vermişlər.
RİH başçısı Əziz Əzizov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Cəsarət kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusunun şanlı Qələbələrə imza atdığını vurğulayaraq, Şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacaqlarını, onların xatirəsinin daim əziz tutulacağını bildirmişdir.
Hər zaman vətənpərvərliyinə görə fərqlənən Cəsarət Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə vuruşaraq Laçın döyüşləri zamanı Laçın dəhlizi istiqamətində Şəhid olub və İkinci Fəxri Xiyabanda dəfn edilib. Qeyd edək ki, Səfərovlar ailəsinin digər üzvü, Cəsarətin əmisi oğlu Səfərov Şahmar Nazim oğlu da şanlı tarix yazan qəhrəmanlarımızın sırasındadır. Uşaqlıqdan Cəsarətlə birlikdə böyüyən Şahmar elə onunla birlikdə vətənə layiqincə xidmət etdi və Murov dağı ətrafında gedən döyüşlərdə qəhrəmancasına Şəhid oldu.
Allahdan bütün Şəhidlərimizə rəhmət, onların ailələrinə isə səbr diləyirik.
Məkanınız cənnət olsun, nur üzlü Şəhidlərimiz!

Keçidlər