Suraxanı rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd edildi
23 iyun ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinlər, RİHBA-nın əməkdaşları, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Suraxanı rayon komitəsinin sədri Ümummilli lider, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin Suraxanı rayonu, Heydər Əliyev parkında abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzmüşlər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlət qulluqçularını təbrik etmiş və onlara fəaliyyətlərində uğurlar arzulamışdır. O, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət qulluqçularının peşə bayramının təsis edildiyini qeyd edərək, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu, bu gün respublikamızda dövlət idarəetmə sistemində islahatların uğurla davam etdirildiyi bildirmişdir.
Həmçinin 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin əldə olunmasında güclü Azərbaycan dövlətinin rol oynadığını vurğulayan Əziz Əzizov Ali baş komandan, cənab İlham Əliyevin möhtəşəm rəhbərliyi, tarixi sərkərdə missiyası nəticəsində xalqımızın öz tarixinin ən şərəfli anlarını yaşadığını bildirmişdir.
Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Suraxanı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən, eləcə də Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Suraxanı rayon komitəsinin Fəxri Fərmanları ilə təltif olunmuşlar.