Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsində yaralanmış qazilərimiz xüsusi diqqətdə saxlanılır
Vətən müharibəsində yaralanan qazimiz, Əmircan qəsəbə sakini Hüseynov Ülvi Məsum oğlu Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda növbəti dəfə müayinə edilmişdir.
Qeyd edək ki, bundan öncə qazimiz Yaşat Fondu tərəfindən əməliyyat olunub, eləcə də Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən diqqətdə saxlanılaraq ziyarət edilmiş, müvafiq köməkliklər göstərilmişdir.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda sağlamlığını itirən Ülvi Hüseynov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.