Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda 17 İyun-Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə bir qrup səhiyyə işçisi səmərəli fəaliyyətlərinə görə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.

17 iyun 2021 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova Tibb İşçilərinin Peşə Bayramı Günündə rayon ərazisindəki səhiyyə müəssisələrinin işçilərini təbrik edərək, onlara göstərdikləri qayğı, fədakarlıq və peşəkarlıq üçün təşəkkürünü bildirmişdir. O, qeyd etmişdir ki, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibbi xidmətlərdən yüksək səviyyədə yararlanır. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova Suraxanı RİH başçısı Əziz Əzizovun adından tibb işçilərinə Fəxri Fərmanları təqdim edib.

Keçidlər