Suraxanı rayonunda gediş-gəlişdə çətinliklərə səbəb olan yol problemləri mərhələli şəkildə həll edilir.
Nəqliyyatın maneəsiz hərəkətinin tənzimlənməsi, əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaraçuxur qəsəbəsində uzunluğu 700 m, eni 10 m olan Zaur Şərifov küçəsində 7000 kv.m asfalt örtüyü salınır.
Eyni zamanda piyadalar üçün əlverişli hərəkət şəraitinin yaradılması məqsədilə yol kənarında 1200 m uzunluğunda bardür düzülərək səkilər yenidən qurulmuş və 1750 m uzunluğunda asfalt örtüyü salınmışdır.
Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə aparılır.