Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral-Gənclər günü Suraxanı rayonunda qeyd edilmişdir

02 fevral 2012 | 16:00

2 fevral-Gənclər günü ilə əlaqədar Suraxanı rayonu Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirilmişdir.

Görüş iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Ündərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.Daha sonra gənclər Heydər Əliyev mərkəzi ilə tanış olmuşlar.Onlara məlumat verilmişdir ki. mərkəzdə ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlar nümayiş etdirilir.

Mərkəzin birinci mərtəbəsində Ulu Öndərin həm keçmiş sovet hakimiyyəti, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi dövrlərdə Suraxanı rayonunda müxtəlif tədbirlərdə iştirakını əks etdirən fotoşəkillər yerləşdirilmişdir. Mərkəzdəkiı multimedia və rəsm studiyaları, elektron kitabxana haqqında ətraflı məlumat verilmişdir. İkinci mərtəbədəki geniş sərgi salonunda Ümummilli Liderin həyatının müxtəlif anlarını əks etdirən çoxsaylı şəkillər nümayiş etdirilir. Burada, həmçinin mərkəzi ziyarətə gələn qonaqlarla, xüsusən də gənclərlə Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənmək məqsədi ilə məşğələlər keçirilməsi üçün xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş üç elektron auditoriya yaradılmışdır. Üçüncü mərtəbədə "Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir" mövzusunda elektron sərgi nümayiş etdirilir, həmçinin müasir texnoloji avadanlıqla təchiz olunmuş elektron-lektoriya zalı fəaliyyət göstərir.

Gənclərlə görüş Mərkəzin elektron-lektoriya zalında keçirildi.Gənclərlə görüşdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, YAP Suraxanı rayon təşkilatının cədri Vüqar Seyidov iştirak etmişlər.

Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov rayon gənclərinin ötən il əldə etdikləri uğurlar haqqında məlumat vermişdir.

Canlı diskusiya formasında təşkil olunmuş görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov gəncləri 2 fevral-Gənclər günü münasibəti ilə təbrik edərək qeyd etmişdir ki, Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir.Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür.

Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərir. Gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov qeyd etmişdir ki, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.

Tədbirdə xüsusi vurğulanmışdır ki, bu yüksək münasibətə cavab olaraq Azərbaycan gəncləri bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.

Görüşün sonunda rayonun ictimai həyatında fəal iştirak etmiş bir qrup rayon gəncinə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunmuşdur.

Keçidlər