Suraxanı rayonunda yüksək sürətlə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri uğurla davam etdirilir.
07 iyun 2021 | 16:00
Rayon ərazisində müasir infrastrukturun yaradılması istiqamətində həyata keçirilən işlər, qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri və yenidən qurulması prioritet məsələlərdən biridir və daim diqqət mərkəzində saxlanılır.
Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsində növbəti asfalt örtüyü olmayan 500 metrlik yolda asfaltlanma işləri aparılaraq 2500 kv.m asfalt örtüyü salınıb.
Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə aparılır.