Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsində yaralanmış qazilərimiz xüsusi diqqətdə saxlanılır

04 iyun 2021 | 16:00

Vətən müharibəsində Suqovuşan İstiqamətində ağır yaralanan sakinimiz Əhədov Nicat Əbruc oğlu Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi və  təşkilatçılığı ilə növbəti müalicə və müayinə proseduruna göndərilib. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinə olunan qazimizin rahat hərəkəti üçün zəruri olan tibbi avadanlıq alınaraq ona təqdim edilmişdir.
Eyni zamanda, bundan öncə Nicat Əhədov 2 dəfə Yaşat fondunun dəstəyi ilə əməliyyat olunmuşdur.
Qazimiz və onun valideynləri göstərilən diqqət və qayğıya görə başda Cənab Prezident İlham Əliyev olmaqla Rayon İcra Hakimiyyətinə və Yaşat Fonduna minnətdarlıqlarını bildirmişlər.

Keçidlər