Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda gediş-gəlişdə çətinliklərə səbəb olan yol problemləri mərhələli şəkildə həll edilərək heç zaman asfalt üzü görməyən küçə və yaşayış sahələrinin asfaltlanması işləri davam etdirilir.

03 iyun 2021 | 16:00

Sakinlərin rahatlığını təmin etmək məqsədilə hazırda Hövsan qəsəbəsi, Baxça küçəsində dəmiryol xəttinə paralel, uzunluğu 850 metr olan yolda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 5100 kv.m asfalt örtüyünün salınması işləri aparılır.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov yerində baxış zamanı görülən işlərin mövcud vəziyyəti ilə maraqlanmışdır.
Qeyd edək ki, rayon ərazisində qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri və yenidən qurulması mərhələli şəkildə həyata keçirilir.

Keçidlər