Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda şəhid və qazi övladlarının iştirakı ilə tədbir keçirilib

01 iyun 2021 | 16:00

Uşaqlar bizim gələcəyimizdir, ölkəmizin gələcəyi olan bu fidan balaların müdafiəsinə hamılıqla qoşulmaq hər birimizin borcudur.

1 İyun 2021-ci il tarixdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Şəhid və qazi övladlarının iştirakı ilə əyləncəli tədbir keçirilib. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Suraxanı Rayon Prokuroru Rəşid Mahmudov, RİHBA-nın şöbə müdirləri və əməkdaşları, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak edib.
RİH başçısı Əziz Əzizov çıxış edərək bütün balaları təbrik etmiş və qeyd etmişdir ki, çox sevindirici haldır ki, bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz tərəfindən Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Və bu qalibiyyətin qazanılmasında bütün şəhidlərimizə və sağlamlıqlarını itirən qazilərimizə borclu olduğumuzu bir daha diqqətə çatdıran RİH başçısı onların bizə əmanət qoyduqları övladlarının savadlı və vətənpərvər böyümələri üçün dövlətimiz tərəfindən hər cür şəraitin yaradıldığını və bundan sonra da onların hərtərəfli qayğı ilə əhatə olunacağını bildirmişdir.
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub.

Keçidlər