Bu gün, mayın 29-da, Vətən müharibəsinin Şəhidi Süleymanov Rauf Allahverdi oğlunun 34 yaşı tamam olur.
Şəhidin doğum günü ilə əlaqədar onun xatirəsi ehtiramla yad edilərək Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının rəhbər əməkdaşları Şəhidin Qaraçuxur qəsəbəsində yaşayan ailəsini ziyarət ediblər. Ailəyə ərzaq yardımı göstərərək Vətənimizin bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən nur üzlü şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləyiblər.
Qeyd edək ki, Şəhidimiz Rauf Süleymanov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.