Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsində yaralanmış qazilərimiz və Şəhid ailələri mütəmadi ziyarət olunaraq sosial problemlərinin həll edilməsi, onlara mənəvi dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır.
29 may 2021 | 16:00
Növbəti dəfə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları torpaqlarımızın azadlığı uğrunda mübarizə apararaq yaralanan, dövlətimizin iftixarı sayılan mərd oğullarımız Hövsan qəsəbə sakinləri Əhədov Nicat Əbluc oğlunu, Cəfərli Vətən Zakir oğlunu, Qaraçuxur qəsəbə sakini Hüseynov Novruz Rizvan oğlunu ziyarət etmiş, səhhətləri ilə maraqlanmışlar.