Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün, mayın 30-da düşmənin kabusuna, xalqımızın qəhrəmanına çevrilən Qarabağ fədaisi, Vətən müharibəsinin şəhidi, kapitan İsmayılov Elçin Mübariz oğlunun doğum günüdür.

30 may 2021 | 16:00

Şəhidimizin doğum günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri və RİHBA-nın şöbə müdirləri onun ailəsinə baş çəkərək ərzaq yardımı göstərmiş və Şəhidin ruhu ehtiramla yad edilmişdir.
RİH başçısı Əziz Əzizov ailənin qayğıları ilə maraqlanmış, Şəhidimizin özündən sonra xalqına, elinə əmanət qoyduğu iki övladının ataları kimi vətənpərvər ruhda böyüyəcəklərinə və onun həyata keçirə bilmədiyi arzularını gerçəkləşdirəcəklərinə əmin olduğunu bildirmişdir.
Qeyd edək ki, Şəhidin ailəsinə dəstək məqsədilə onların yaşadıqları mənzil Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən əsaslı şəkildə təmir edilmiş, eləcə də Şəhidin xatirəsinə bulaq-abidə inşa edilmişdir.
Şəhidimiz Elçin İsmayılov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə, Cəbrayıl, və Kəlbəcər rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Cəbrayılın azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Məkanın Cənnət Olsun, Cənab Kapitan İsmayılov Elçin Mübariz oğlu! Vətən sənin kimi oğullarla fəxr edir və edəcək!

 

Keçidlər