Şəhidimiz Qasımzadə Tahir Sərdar oğlunun ailəsi ziyarət edildi.
Mayın 28-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva, RİHB-nin müavinləri və şöbə müdirləri Şəhidimiz Qasımzadə Tahir Sərdar oğlunun ailəsini ziyarət etmiş, onun adına salınmış bulaq-abidə önündə gül dəstələri düzərək ruhuna dualar oxumuş və əziz xatirəsi ehtiramla yad edilmişdir.
Şəhidlərimizə olan hörmət və ehtiramını bildirən RİH başçısı Əziz Əzizov Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bu gün müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətindən danışaraq, onların gələcək nəsillər üçün örnək olduğunu vurğulamışdır.
Murov zirvəzisinin işğaldan azad edilməsində böyük şücaət göstərən və qəhrəmancasına Şəhid olan Tahir Qasımzadə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Allahdan bütün Şəhidlərimizə rəhmət, ailələrinə isə səbr diləyirik.