Suraxanı rayonunda hazırda hərbi xidmətdə olan, Vətən müharibəsinin iştirakçılarının ailə üzvləri daim diqqətdə saxlanılır
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHBA-nın şöbə müdirləri hazırda hərbi xidmətdə olan, Vətən müharibəsinin iştirakçısı Həsənov Sübhan İlqar oğlunun yaşayış yeri üzrə Lerik rayonunda qeydiyyatda olmaqla Qaraçuxur qəsəbəsində yaşayan ailə üzvlərini ziyarət edib, onların problem və qayğıları ilə maraqlanaraq ərzaq yardımı göstərmişlər.
RİH başçısı Əziz Əzizov xalqımızın vətənə xidmət edərək, torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşən igid oğullarımızla qürur duyduğunu və dövlətin daim əsgər ailələrinin yanında olduğunu qeyd edib.
Qeyd edək ki, Sübhan Həsənov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.