Suraxanı rayonunda gediş-gəlişdə çətinliklərə səbəb olan yol problemləri mərhələli şəkildə həll edilərək heç zaman asfalt üzü görməyən küçə və yaşayış sahələrinin asfaltlanması işləri davam etdirilir.
27 may 2021 | 16:00
Bugünədək asfalt örtüyü olmayan növbəti küçədə - 2500 m uzunluğunda Hövsan qəsəbəsi, Ağadadaş Minuri küçəsində (əvvəlki Baxça küçəsi) “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən asfalt örtüyünün salınması üçün hazırlıq işlərinə başlanılmışdır.