Qazimiz baş leytenant İsmayılov Rüfət Fəxrəddin oğlunun övladı dünyaya gəlib
25 may 2021 | 16:00
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmalıqla vuruşan hərbiçimiz, baş leytenant İsmayılov Rüfət Fəxrəddin oğlunun düşmən üzərində qələbə sevincini yaşadıqdan sonra növbəti dəfə həyatına daha bir xoşbəxlik qatılıb. Oğul övladı dünyaya gələn Rüfət İsmayılov ürəyi həmişə vətən sevgisi ilə döyünən döyüş yoldaşı olmuş və Qubadlı döyüşləri zamanı ağır yaralanaraq şəhidlik zirvəsinə ucalmış Valeh Məmiyevin adını yaşadaraq öz övladına verib.
Suraxanı Rayon İcra Hakimiyyəti adından qazimizi və onun ailə üzvlərini təbrik edir, inanırıq ki, Valeh balamız milli ruhda, xalqa, torpağa, vətənə sevgiylə böyüyərək, Şəhidin adını qürurla daşıyacaq.