Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə rayonun təhsil müəssisələrinin kollektivləri tərəfindən Vətən müharibəsində sağlamlığını itirən qazilərimizin və şəhid ailələrinin ziyarət olunması davam etdirilir.
24 may 2021 | 16:00
Növbəti dəfə RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları və Etibar Səfərov adına 118 №li tam orta məktəbin kollektivi qazilərimiz Hövsan qəsəbə sakinləri Məcidov Məzahir Səxavət oğlunu, Şirinov Ələkbər Şirin oğlunu və Misiyev Ağaoğlan Kəramət oğlunu ziyarət edib, ailələrə ərzaq yardımı göstərilib.