Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün, 18 may 2021-ci il tarixdə Şəhidimiz Hüseynzadə Fərid Eldəniz oğlu doğum günündə anıldı.

18 may 2021 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, RİHBA-nın şöbə müdirləri, Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri Şəhidimiz Hüseynzadə Fərid Eldəniz oğlunun doğum günü münasibətilə ailəsinə baş çəkərək, onların qayğıları ilə maraqlanmış və ərzaq yardımı göstərmişlər. Həmçinin, məzarını ziyarət edərək Şəhidin ruhuna dualar oxunmuşdur.
Ali Baş Komandan cənab İlham Əliyevin dönməz iradəsi, düşünülmüş rəhbərliyi, ordumuzun məğlubedilməzliyi, hünəri və qətiyyəti sayəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan Şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Fərid Hüseynzadənin ailəsinə bir daha dərin hüznlə başsağlığı vermiş, onlara səbr, dözüm arzu etmişdir.
İnanırıq ki, bu gün Şəhidlərimizin ruhu şaddır. Məhz belə vətənpərvər gənclərimizin canı-qanı bahasına bu gün Qarabağımız azaddır. 
Qeyd edək ki, Şəhidimiz Fərid Hüseynzadə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Keçidlər