Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən uğrunda haqq savaşının qəhrəmanı, ömrünü Vətənə fəda edən Şəhidimiz kapitan Noçiyev Surxay Əbdül oğlu da bayram günündə ehtiramla anıldı.

14 may 2021 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHBA-nın şöbə müdirləri, RİHB-nin Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şəhidin Zığ qəsəbəsində yaşayan ailəsini ziyarət etmiş, qayğıları ilə maraqlanmış, ərzaq yardımı göstərmişlər.
Qeyd edək ki, döyüşlər başlayan ilk gündən torpaqlarımızın işğaldan azad edilməsində böyük qəhrəmanlıq göstərən Surxay Noçiyev Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir.

Keçidlər