“Bilik günü” münasibəti ilə Suraxanı rayonunda silsilə tədbirlər keçirilmişdir
“Bilik günü” münasibəti ilə Suraxanı rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində tədbirlər təşkil olunmuşdur. Belə tədbirlərdən biri də rayonun Əmircan qəsəbəsindəki 84 nömrəli tam orta məktəbdə keçirilmişdir. Dövlət Proqramı çərçivəsində məktəbin yararsız vəziyyətdə olan binası sökülərək yerində yeni məktəb binası tikilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətrinin başçısı İlqar Abbasov iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ağaxan Balayev qonaqları salamladı və bildidi ki, məktəbin kollekti yeni tədris ilinə hazırdır. Çox sevidirici haldır ki, 2014-2015-ci tədris ilində şagirdlər yeni inşa edilmiş, müasir avadanlıqla təchiz olunmuş məkrtəbdə oxuyacaqlar. Təhsilə göstərilən diqqət və qayğıya görə məktəbim kollektivi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təşəkkür edir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətrinin başçısı İlqar Abbasov bildirmişdir ki, son illərdə Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, təhsil sistemində də çox ciddi irəliləyişlər, uğurlar əldə olunmuşdur. Bu illər ərzində yaradılmış baza Azərbaycan təhsilinin inkişafında uzun müddət xidmət edəcəkdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İlqar Abbasov dövlət başçısının Azərbaycan təhsilinə diqqət və qayğısını xüsusi vurğulayaraq tədbir iştirakçılarının diqqətinə bir daha çatdırdı ki, qəbul olunmuş müxtəlif Dövlət Proqramlarının icrası nəticəsində rayondə yeni məktəb binaları tikilmiş, mövcud məktəblərin demək olar ki, böyük əksəriyyəti əsaslı təmir edilmiş, şagird sıxlığını aradan qaldırmaq üçün əlavə tədris korpusları inşa edilmişdir.
2013-2014-cü illərdə 84 nömrəli məkətəbin yararsız vəziyyətə düşmüş binası sökülərək yerində müasir məktəb binası tikilmişdir.
İlqar Abbasov xüsusi vurğuladı ki, çox qürur verici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 13 sentyabr 2014-cü il tarixdə rayonumuzu şərəfləndirərək Əmircan qəsəbəsindəki 84 nömrəli məktəbin yeni inşa edilmiş binasının açılış mərasimində iştirak etmiş və məktəbdə yaradılmış şəraitlə tanış olmuşdur.
Rayon rəhbəri tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamları, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirtdiyi “Yeniləşən Azərbaycana yeni məktəb Proqram”ı və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilmişdir.
Ötən tədris ilində Suraxanı rayonu ərazisində fəaliyyət göstərən təhsil işçiləri bir sıra nailiyyətlər qazanmışlar. 2013-2014-cü tədris ilində rayon ərazisində yerləşən 34 orta ümumtəhsil məktəbini və Xarici Dillər Təmayüllü gimnaziyanı 1847 şagird bitirmiş, onlardan 1558 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Sənəd verənlərdən 983 nəfəri tələbə adını qazanmışdır. Bu da sənəd verən məzunların 63 faizini təşkil edir.
Abituriyentlərdən 49 nəfəri 600-dən yuxarı bal toplamışdır. 650-dən çox bal toplayan məzunların sayı 20 nəfərdir. 2013-2014-cü tədris ilində rayonun 5 məzunu məktəbi qızıl medalla bitirmişdir. Onlardan biri, Talıbova Ləman Vüqar qızı 84 nömrəli məktəbin məzunudur.
İlqar Abbasov əldə olunan uğurlara görə rayonun bütün təhsil işçilərini təbrik etdi və qarşıdakı 2014-2015-ci tədris ilində uğurlar arzuladı.
Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirdilər. Sonra ilk zəng şagirdləri dərsə səslədi.